Şəhriyar Babayev

English Teacher

Mən, Şəhriyar Babayev, artıq 8 ildir ki, minlərlə tələbə və şagirdə ingilis dilini “Magistr”, “Abituriyent” və “Müəllimlərin işə qəbulu” sahəsində tədris edirəm. Sizlərə (tələbə və şagirdlərə) dərs keçmək, yararlı nələrsə öyrətmək, və ən əsası da sizlərin sevgisini qazanmaq inanılmaz dərəcədə xoş və qürurverici hissdir.

Bir müəllim olaraq sizlər və cəmiyyətimiz üçün faydalı işlər görmək istəyirəm. Ona görə də, bu yay, təhsilin hamı üçün əlçatanlığına nail olmaqdan ötrü, belə bir online platforma yaratmaq qərarına gəldim. Çox şükür, Allah bu günləri görməyi nəsib elədi. Bu platforma, sizin söz və qrammatika bazanızın sürətli bir şəkildə artırılmasını hədəfləyir. Sayta dərslər üzrə sözlər və müəllifi olduğum müxtəlif test tapşırıqları inteqrasiya edilmişdir. Qeyd: Həm sözlər, həm test tapşırıqları dərslər keçirildikcə yüklənəcək. Saytda aşkarladığınız xətaların və nöqsanların düzəldilməsi üçün isə aşağıdakı ünvanlarla əlaqə saxlaya bilərsiniz.